Bütün xəbərlər
Moskvada Norveç səfirliyinin qapısını sındıran şəxs cərimələnib
Tarix: 28-06-2024 10:29 | Bölmə: Cəmiyyət

Moskvanın Presnenski Məhkəməsi Norveçin paytaxtdakı səfirliyinin binasında şüşə qapını sındıran İlhom Şaripova qarşı cərimə kəsib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "İlxom Vitaliyeviç Şaripov Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 20.1-ci maddəsinin 1-ci hissəsi ilə (xırda xuliqanlıq) nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib", - məhkəmənin mətbuat xidmətindən TASS-a bildiriblər.
Qeyd olunur ki, ona 500 rubl məbləğində inzibati cərimə şəklində inzibati cəza verilib.
Məhkəmə qeyd edib ki, Şaripov ictimai asayişi pozub, nalayiq söyüşlər deyib, cəmiyyətə hörmətsizlik edib, həmçinin başqasının əmlakına - şüşə qapıya ziyan vurub. Hadisənin dəqiq nə vaxt baş verdiyi məlum deyil.


Baxış sayı: 57


Bölməyə aid digər xəbərlər
22-06-2024, 13:19 İki uşaq kanalda boğulub