Bütün xəbərlər
Rusiya Federasiyası və Abxaziya sərhədində baş verən atışmada şübhəli bilinən 3 nəfər 2 ay müddətinə həbs edilib
Tarix: 27-06-2024 18:28 | Bölmə: Cəmiyyət

Məhkəmə Rusiya və Abxaziya sərhədində atışmada iştirak etdiyi iddia edilən üç nəfəri iki ay müddətinə həbs edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qalan dörd şübhəli barəsində həbs-qətimkan tədbiri ilə bağlı qərar iyunun 28-də veriləcək.
RİA Novosti xəbər verir ki, bu barədə cümə axşamı Abxaziyanın Qaqra vilayətinin prokurorluğu məlumat yayıb. Saxlanılanların hamısı, əvvəllər də bildirildiyi kimi, uzun müddətdir əmlak münaqişəsi olan Abxaziya vətəndaşlarıdır.
İyunun 23-ü günorta saatlarında baş vermiş insident nəticəsində üç Abxaziya vətəndaşı yaralanıb, bir nəfər isə həlak olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları adam öldürmə, qanunsuz silah saxlama və onların daşınması maddələri ilə cinayət işi açıblar.



Baxış sayı: 182


Bölməyə aid digər xəbərlər