Bütün xəbərlər
Alma-Ata vilayətində atışma zamanı bir nəfər ölüb
Tarix: 27-06-2024 18:16 | Bölmə: Cəmiyyət

Polis Qazaxıstanın Alma-Ata vilayətinin Konayev şəhərində baş verən ölümlə nəticələnən insidentin səbəblərini araşdırır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ötən gecə kənddə atışma olub. Bundan sonra güllə yarası ilə xəstəxanaya çatdırılan iki zərərçəkən, onlardan biri, 21 yaşlı gənc dünyasını dəyişib.
Sağ qalan 24 yaşlı gəncin vəziyyəti son dərəcə ağırdır və reanimasiya şöbəsinin həkimləri onun həyatı üçün mübarizə aparır.
Artıq hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin iştirakçılarının kimliyini müəyyən ediblər, onların axtarışları aparılır, tutulması üçün tədbirlər həyata keçirilib.


Baxış sayı: 56


Bölməyə aid digər xəbərlər
22-06-2024, 13:19 İki uşaq kanalda boğulub