Bütün xəbərlər
Naxodkada anbarlarda irimiqyaslı yanğın lokallaşdırılıb
Tarix: 27-06-2024 11:09 | Bölmə: Cəmiyyət

Cümə axşamı, Primorsk diyarının Naxodka şəhərinin Peşanaya küçəsində ərzaq anbarının ərazisində irimiqyaslı yanğın baş verib, Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yanğın təxminən 1000 kvadratmetr ərazini əhatə edib.
Hazırda yanğınsöndürənlər yanğını lokallaşdırmağa müvəffəq olub, hadisə yerində 40-a yaxın insan işləyir, 9 texnika cəlb olunub.
Artıq hadisə ilə bağlı istintaqa qədərki araşdırmalara başlanılıb. Bundan əlavə, rayon prokurorluğunun əməkdaşları yanğın təhlükəsizliyi tələblərinə riayət olunmasını və obyektin təyinatı üzrə istifadəsini qiymətləndirmək niyyətindədirlər.


Baxış sayı: 54


Bölməyə aid digər xəbərlər
22-06-2024, 13:19 İki uşaq kanalda boğulub