13:19 / 22-06-2024
İki uşaq kanalda boğulub
Bütün xəbərlər
Qayığın barja ilə toqquşması nəticəsində qadın boğulub
Tarix: 15-06-2024 23:35 | Bölmə: Cəmiyyət

Novosibirskdə Ob çayında motorlu qayıq barja ilə toqquşub, nəticədə kiçik qayıq aşıb, iki böyük və bir uşaq suda qalıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İstintaq Komitəsinin Nəqliyyat üzrə Şərq Regionlararası İstintaq İdarəsindən bildirilildiyinə görə, xilasedicilər hadisə yerinə gələn zaman 57 yaşlı qadın ölüb.
Faciəli insident Moskva vaxtı ilə saat 19:00 radələrində (Moskva vaxtı ilə 15:00) Dimitrovski körpüsü ərazisində baş verib. Dayanmış barja ilə toqquşmadan sonra qayıq aşıb.
Qayığı idarə edən kişi və beş yaşlı uşaq sahilə çıxa bilsə də, qadın daha sonra çayın səthində ölü tapılıb.
Faktla bağlı yol hərəkəti və daxili su nəqliyyatının istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda cinayət işi başlanıb.


Baxış sayı: 74


Bölməyə aid digər xəbərlər
12-06-2024, 10:55 Sərxoş turist döyülüb