Bütün xəbərlər
Qarşıdurma ziyarətçinin öldürülməsi ilə başa çatıb
Tarix: 04-06-2024 13:16 | Bölmə: Cəmiyyət

Novqorod vilayətində kafe ziyarətçisini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb, İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, cinayət iyunun 2-də gecə saat iki radələrində Soltsı şəhərindəki “Vivat” müəssisəsində törədilib. 21 yaşlı gəncin şübhəli ilə nəyi bölüşmədiyi dəqiqləşdirilməsə də, sonuncu bıçaq çıxararaq rəqibini ürək nahiyəsindən bıçaqlayıb.
Həkimlər gələndə İlya R. sağ idi, lakin onu reanimasiya edə bilməyiblər, o, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hücum edən şəxs gizlənmək niyyətində deyildi.
Məhkəmənin qərarı ilə şübhəli şəxs iki ay müddətinə istintaq təcridxanasına göndərilib.


Baxış sayı: 132


Bölməyə aid digər xəbərlər
22-06-2024, 13:19 İki uşaq kanalda boğulub
12-06-2024, 10:55 Sərxoş turist döyülüb