21:43 / 14-10-2026
Fotoqraf həbs edilib
21:26 / 14-10-2026
Zavodda yanğın baş verib
20:22 / 13-10-2026
Polis məmuruna atəş açıb
Bütün xəbərlər
Bir şəxs onu silahla yaralayan içkili yoldaşından qayıqla qaçıb
Tarix: 03-06-2024 16:51 | Bölmə: Cəmiyyət

Həştərxan vilayətinin Kamızyakski rayonunda baş verən atışmadan sonra adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İstintaq Komitəsinin regional qərargahının bildirdiyinə görə, ötən gün səhər saatlarında Karalat kəndi yaxınlığındakı düşərgənin mühafizəçisi və dostu spirtli içki qəbul edərək vaxt keçiriblər.
Ziyafət zamanı mübahisə düşüb və 50 yaşlı kişi ov tüfəngi ilə qonağa atəş açıb.
"Cinayət işində təqsirləndirilən şəxs cinayət niyyətini başa çatdıra bilməyib, çünki yaralı qayığa tərəf qaçıb, sonra isə gəmiyə minərək Karalat kəndinə gedib və kömək üçün yerli sakinlərə müraciət edib", - idarədən bildirilib.
Nəticədə zərərçəkmiş xilas edilərək xəstəxanaya çatdırılıb, hadisəni törədən şəxs isə saxlanılıb, araşdırmalar davam edir.



Baxış sayı: 401


Bölməyə aid digər xəbərlər
Dünən, 21:43 Fotoqraf həbs edilib