Bütün xəbərlər
Gecə baş verən yanğının qurbanı ana və qızı olub
Tarix: 29-05-2024 09:59 | Bölmə: Cəmiyyət

Fövqəladə Hallar Nazirliyinin Respublika Baş İdarəsindən verilən məlumata görə, Başqırdıstanda fərdi taxta evdə baş verən yanğın nəticəsində iki qadın ölüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İdarədən verilən məlumata görə, mayın 29-na keçən gecə Abzelilovski rayonunun Askarovo kəndində taxtadan tikilmiş evdə yanğın baş verib. Yanğın 96 kvadratmetr ərazini əhatə edib.
Yataq otağında yanğın yerini təmizləyərkən yerdə və divanda 71 yaşlı və 51 yaşlı qadının meyiti aşkar edilib.
Hadisənin səbəbləri araşdırılır.



Baxış sayı: 199


Bölməyə aid digər xəbərlər