21:43 / 14-10-2026
Fotoqraf həbs edilib
21:26 / 14-10-2026
Zavodda yanğın baş verib
20:22 / 13-10-2026
Polis məmuruna atəş açıb
Bütün xəbərlər
Qadın qaynar su çuxuruna düşüb
Tarix: 29-05-2024 09:55 | Bölmə: Cəmiyyət

İstintaq Komitəsinin rayon üzrə İstintaq İdarəsindən verilən məlumata görə, Həştərxan sakini qaynar su quyusuna düşərək xəstəxanaya aparılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə mayın 29-da səhər saatlarında vilayət paytaxtının Leninski rayonunda baş verib. Savuşkina küçəsindəki evlərdən birinin yaxınlığında yolu keçərkən 44 yaşlı qadın qaynar su ilə dolu çuxura düşüb.
Zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Hadisə yerində müstəntiqlər işləyir.
İstintaq Komitəsi təhqiqatqabağı yoxlamaya başlayıb, cinayət işinin başlanması məsələsi həll edilir.



Baxış sayı: 376


Bölməyə aid digər xəbərlər
Dünən, 21:43 Fotoqraf həbs edilib