Bütün xəbərlər
Məhkəmə yeniyetmələrdən ibarət etnik dəstənin liderini həbs edib
Tarix: 27-05-2024 16:11 | Bölmə: Cəmiyyət

Lipetsk məhkəməsi həmyaşıdlarından hədə-qorxu ilə pul alan yeniyetmələrdən ibarət etnik dəstənin 15 yaşlı liderini ev dustaqlığına çıxarıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin regional İstintaq Komitəsi məlumat yayıb.
İstintaqın məlumatına görə, mayın 1-də günortadan sonra, şübhəli şəxs, Hərbi Şəhər stadionunda, zorakılıqla hədələyərək, 14 yaşlı bir oğlandan üç min rubl oğurlayıb. Şagirdə mənəvi və maddi ziyan dəyib, İstintaq Komitəsi bildirib.
Şübhəli şəxs barəsində quldurluq maddəsi ilə cinayət işi açılıb. Onu 7 ilə qədər həbs cəzası gözləyə bilər.
Bundan əvvəl İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Lipetskdə həmyaşıdlarını döyərək pul tələb edən çoxmillətli dəstə haqqında məlumatın araşdırılmasına göstəriş verib. Onlar bütün qanunsuz əməllərini lentə alaraq sosial şəbəkələrdə yerləşdiriblər.
İndi Lipetsk müstəntiqləri qanunsuz fəaliyyətin bütün hallarını müəyyən edirlər.



Baxış sayı: 199


Bölməyə aid digər xəbərlər