Bütün xəbərlər
Övladının gözü qarşısında keçmiş həyat yoldaşını və qayınanasını bıçaqlayıb
Tarix: 26-05-2024 18:41 | Bölmə: Cəmiyyət

İvanovo vilayətinin istintaq orqanları yoldan keçənlərin gözü qarşısında az qala iki qadını öldürən 35 yaşlı kişiyə qarşı cinayət işi açıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İvanovo vilayəti üzrə istintaq idarəsinin məlumatına görə, demək olar ki, faciə ilə başa çatan hadisə mayın 25-də Furmanov şəhərində baş verib.
Uşaq arabasında uşaq gəzdirən keçmiş həyat yoldaşı ilə küçədə rastlaşan kişi qadını döyməyə başlayıb, yerə yıxıb və bıçaqdan istifadə edib. Yaxınlıqdakı ana qızının müdafiəsinə qalxıb.Yaramaz onu da bıçaqla kəsib.
Qol, kürək və boyun nahiyəsindən çoxsaylı bıçaq xəsarətləri alan qadınlar xəstəxanaya çatdırılıb.
Hücum edən şəxs saxlanılıb və iki nəfəri öldürməyə cəhddə ittiham olunub. Onun həbsi ilə bağlı məsələ həll edilir.



Baxış sayı: 185


Bölməyə aid digər xəbərlər