Bütün xəbərlər
Moskvanın qərbində qadının qətlində şübhəli bilinən şəxs saxlanılıb
Tarix: 25-05-2024 22:55 | Bölmə: Cəmiyyət

Paytaxt İstintaq Komitəsinin müstəntiqləri xüsusi xidmət orqanlarının əməkdaşları ilə birlikdə Moskvanın qərbində qadının qətlində şübhəli bilinən şəxsi saxlayıblar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yaxın vaxtlarda saxlanılan şəxs barəsində cinayət işi açılacaq və barəsində həbs-qətimkan tədbiri seçiləcək. TASS-ın Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinə istinadən verdiyi məlumata görə, faktla bağlı “qətl” maddəsi ilə cinayət işi açılıb.
Gerasima Kurin küçəsindəki binada bir mənzildə çoxsaylı bıçaq xəsarətləri şəklində zorakı ölüm əlamətləri olan qadın meyiti tapılıb. Hadisənin səbəbi hələlik açıqlanmayıb.



Baxış sayı: 207


Bölməyə aid digər xəbərlər