Bütün xəbərlər
Yekaterinburqda qalmaqallı məclislərin təşkilatçısı olduğu iddia edilən şəxs saxlanılıb
Tarix: 25-05-2024 20:53 | Bölmə: Cəmiyyət

Təhlükəsizlik qüvvələri “yarıçılpaq partiyaların” təşkilatçısı olduğu iddia edilən Stanislav Slovikovskini saxladıqlarını bildirdilər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, TASS həmsöhbətindən sitat gətirir: "Slovikovski əvvəlki tədbirlərin təşkilinə görə saxlanılıb, hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda onunla işləyirlər".
Bu ilin qışının sonunda bir sıra regional media və Telegram kanalları Yekaterinburqda rayon Zabitlər Evinin kitabxanasında tədbirin keçirildiyini və orada iştirak edənlərin yarıçılpaq spirtli içki içdiklərini yazmışdılar.
Yerli fəal Yekaterina İpatova bildirib ki, təşkilatçıların məsuliyyətə cəlb edilməsi üçün Baş Prokurorluğa şikayət edilib. İlkin məlumatlara görə, gecənin təşkilatçısı Stanislav Slovikovskinin “Blue Velvet” layihəsi olub.



Baxış sayı: 198


Bölməyə aid digər xəbərlər