Bütün xəbərlər
Türkiyənin Alanya şəhərində rusiyalı turist otel otağında ölü tapılıb
Tarix: 07-04-2024 18:38 | Bölmə: Cəmiyyət

Rus turistin uzun müddətdir otağından çıxmamasından narahat olan türkiyəli otel işçiləri qapını açaraq onun cansız bədənini aşkar ediblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, RİA Novosti Türkiyənin Alanya şəhərində rusiyalı turistlə baş verən faciəvi hadisə ilə bağlı xəbər yayıb. İlkin məlumatlara görə, 40 yaşlı rusiyalı Sergey Kasyanovun meyiti uzun müddət otağından çıxmadıqdan sonra kurort otelinin əməkdaşları tərəfindən aşkar edilib.
Hadisə yerinə təcili tibbi yardım briqadaları çağırılıb, lakin onların edə biləcəyi tək şey kişinin ölümünü təsdiqləmək olub. Turistin ölüm səbəbi məhkəmə-tibbi ekspertizadan sonra müəyyənləşəcək, bunun üçün mərhumun cənazəsi Antalyaya aparılıb. Faciəvi hadisənin baş vermə şəraiti aydınlaşdırılır.


Baxış sayı: 70


Bölməyə aid digər xəbərlər