Bütün xəbərlər
Uşaqların olduğu avtobus yanğınsöndürən maşını ilə toqquşub, xəsarət alanlar var
Tarix: 24-03-2024 22:06 | Bölmə: Cəmiyyət

Pyatiqorskda uşaqlar olan ekskursiya avtobusu və yanğınsöndürən maşının iştirakı ilə qəza baş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Stavropol diyarı üzrə Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin mətbuat xidməti məlumat yayıb.
Avtobusda Mineralnıye Vodıya ekskursiyaya gedən 13-15 yaşlı uşaqları daşıdığı, onlardan heç birinin xəsarət almadığı dəqiqləşdirilir. Lakin qəza nəticəsində 4 böyük yaralanıb.
Regional İstintaq Komitəsinin dəqiqləşdirdiyi kimi, qəza zamanı avtobusda 43-ü uşaq olmaqla 50 nəfər olub. Qəza ilə bağlı cinayət işi başlanıb.


Baxış sayı: 56


Bölməyə aid digər xəbərlər