Bütün xəbərlər
Aeroflot sərnişini Moskvadan havaya qalxmazdan əvvəl əl yükündə bomba olduğunu bildirib
Tarix: 24-03-2024 17:31 | Bölmə: Cəmiyyət

Şeremetyevoda “Aeroflot” aviaşirkətinin təyyarəsinin İrəvana uçması sərnişinlərdən birinin təhdidləri səbəbindən bir saat gecikib, hava limanının mətbuat xidməti məlumat yayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Boeing 737-800" təyyarəsi saat 14:30-da havaya qalxmalı idi, lakin sərnişinin əl yükündə partlayıcı qurğu olduğunu bildirməsi səbəbindən uçuş ləğv edilib.
 Təyyarəyə hüquq-mühafizə orqanlarının əməkdaşları çağırılıb və hazırda təyyarədə fövqəladə hallar xidmətinin əməkdaşları növbətçilik edirlər.
Şahidlər qadının özünü nalayiq apardığını, qışqırdığını və oturduğu yerdən çıxmaqdan imtina etdiyini iddia edir.


Baxış sayı: 56


Bölməyə aid digər xəbərlər