Bütün xəbərlər
Qaçaqmalçılar Qırğızıstandan Özbəkistana 130 metrlik tunel qazıblar
Tarix: 20-03-2024 22:44 | Bölmə: Cəmiyyət

Qırğızıstanın təhlükəsizlik qüvvələri Özbəkistan ərazisinə gedən tunel aşkarlayıblar, bu barədə çərşənbə günü məlum olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Milli Təhlükəsizlik Dövlət Komitəsinin əməkdaşları Suzak rayon sakininin evindən qonşu dövlətin ərazisinə gedən yeraltı “cığır” aşkar ediblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, 130 metrlik keçiddən qaçaqmalçılar və Qırğızıstan və Özbəkistan sərhədini qanunsuz keçmək istəyənlər istifadə ediblər.
Qeyd olunur ki, tunelin dərinliyi təqribən 15 metr, strukturun tağlarının hündürlüyü isə 170 santimetrə çatır.


Baxış sayı: 65


Bölməyə aid digər xəbərlər