Bütün xəbərlər
Qız uşağını buz bloku öldürüb
Tarix: 18-03-2024 19:54 | Bölmə: Cəmiyyət

Perm Bereznikidə yaşayış binasının damından düşən buz bloku yoldan keçən qızı öldürüb, İstintaq Komitəsinin regional idarəsi bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Fövqəladə hadisə martın 18-də günorta saatlarında Sovetski prospektindəki 10 saylı evin yaxınlığında baş verib. Nəhəng buz parçası 25 yaşlı yerli sakinin başına dəyib, həkimlər gələnə qədər qız ölüb.
İstehlakçıların həyat və sağlamlığının təhlükəsizliyinə dair tələblərə cavab verməyən, ehtiyatsızlıqdan insan ölümünə səbəb olan xidmətlərin göstərilməsi ilə bağlı cinayət işi başlanıb. Bu evə xidmət göstərən "JPET" idarəetmə şirkətində axtarış aparılır.


Baxış sayı: 61


Bölməyə aid digər xəbərlər