Bütün xəbərlər
Məktəblinin əlində telefon partlayıb
Tarix: 17-03-2024 18:40 | Bölmə: Cəmiyyət

Novqorod vilayətinin gənc sakini əlindəki smartfon partladıqdan sonra ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib, Boroviç şəhər administrasiyası məlumat yayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə martın 15-də yeniyetmənin əlində telefonla yuxuya getdiyi zaman baş verib. Qadcetin həmin anda şarj olub-olmaması naməlum olaraq qalır.
Zərərçəkmiş “ağır bədən xəsarətləri ilə” yerli xəstəxanaya aparılıb, lakin onun hazırda hansı vəziyyətdə olduğu açıqlanmır.


Baxış sayı: 60


Bölməyə aid digər xəbərlər