Bütün xəbərlər
Yeniyetmə həmyaşıdını bıçaqlayaraq öldürüb
Tarix: 17-03-2024 13:42 | Bölmə: Cəmiyyət


Tula vilayətində yeniyetmələr arasında münaqişə bıçaqlanma ilə başa çatıb, 16 yaşlı yeniyetmə aldığı yaralardan ölüb, Rusiyanın regional İstintaq Komitəsi məlumat yayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, istintaqın məlumatına görə, martın 16-da axşam saatlarında Çern rayonunun Çern kəndində azyaşlı gənc həmyaşıdına münaqişə zəminində bir neçə bıçaq zərbəsi vurub. 16 yaşlı gənc aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Şübhəli saxlanılıb və müstəntiqlər hazırda onunla işləyirlər. Qətl faktı ilə bağlı cinayət işi açılıb.
Hadisənin səbəbləri və şəraiti aydınlaşdırılır.


Baxış sayı: 61


Bölməyə aid digər xəbərlər