Bütün xəbərlər
Kişi arvadını və uşağını güllələyib, sonra isə intihar edib
Tarix: 16-03-2024 11:16 | Bölmə: Cəmiyyət

Primorsk diyarında əvvəllər məhkum olunmuş kişi həyat yoldaşını və yeddi yaşlı oğlunu güllələyib, bundan sonra intihar edib, qətllə bağlı cinayət işi açılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə rayon istintaq idarəsindən məlumat verilib.
Faciə martın 16-na keçən gecə Mixaylovski rayonunun Qriqoryevka kəndində baş verib. İstintaqın məlumatına görə, 52 yaşlı kişi 44 yaşlı həyat yoldaşını və yeddi yaşlı oğlunu tapança ilə güllələyib. Daha sonra o, intihar edib, İstintaq Komitəsi dəqiqləşdirib.
Faktla bağlı ikiqat adam öldürmə maddəsi ilə cinayət işi açılıb.
Qeyd olunur ki, həmin şəxs əvvəllər narkotik alverinə görə şərti cəza aldığı üçün qeydiyyata alınıb.
Vilayət prokurorluğu cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumların monitorinqi üzrə cəzaçəkmə sistemi orqanlarının işini yoxlamağa başlayıb.


Baxış sayı: 59


Bölməyə aid digər xəbərlər