Bütün xəbərlər
Dağıstan sakini iki qoca uzaq qohumunu bıçaqlayaraq öldürüb
Tarix: 14-03-2024 14:48 | Bölmə: Cəmiyyət

Dağıstan Respublikasının Levaşinski rayonunda iki qadını vəhşicəsinə qətlə yetirməkdə şübhəli bilinən 28 yaşlı kişi saxlanılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsinin məlumatına görə, martın 13-də Dağıstanın Ulluaya kəndində iki qadının vəhşicəsinə qətli törədilib. İlkin məlumata görə, 28 yaşlı sakin şəxsi ədavət zəminində uzaq qohumları ilə mübahisə edərək yaşlı qadınlara çoxsaylı bıçaq xəsarətləri yetirib. Qurbanlar ölüb.
Şübhəli şəxs saxlanılıb, barəsində iki nəfərin qətli ilə bağlı cinayət işi açılıb. Həmin şəxsin tutulması məsələsi həll edilir. Cinayət işinin istintaqı Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin tərəfindən şəxsi nəzarətə götürülüb.


Baxış sayı: 57


Bölməyə aid digər xəbərlər