Bütün xəbərlər
Partlayıcı qurğuların istehsalı üzrə yeraltı sex ləğv edilib
Tarix: 14-03-2024 11:37 | Bölmə: Cəmiyyət

Luqansk Milli Qvardiyası tərk edilmiş evdə bir tona yaxın plastik partlayıcı, 130 kiloqramdan çox trotil və on minlərlə patron tapıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Qvardiyasının əməkdaşları Luqansk Xalq Respublikasının ərazisində tərk edilmiş fərdi evdə təchiz edilmiş partlayıcı qurğuların istehsalı üçün yeraltı sex aşkar ediblər. Bu barədə federal xidmətin teleqram kanalı məlumat yayıb.
Zirzəmidə yerləşən anbarda naməlum şəxslər bir tona yaxın plastik partlayıcı, 137 kiloqramdan çox trotil, 80 tank və piyada əleyhinə mina, 119 qumbara və 34 minə yaxın patron saxlayıblar. Otaqda 50 istifadəyə hazır əldəqayırma partlayıcı qurğu aşkar edilib.
İstifadə oluna bilən döyüş sursatları anbarlara təhvil veriləcək. İstifadəyə yararsız maddələr və komponentlər lazımi təhlükəsizlik tədbirlərinə əməl olunmaqla məhv ediləcək. Əməliyyat xidmətlərinin əməkdaşları yeraltı sexin yaradılmasında şübhəli bilinən şəxslərin kimliyini müəyyənləşdirir.
Bir gün əvvəl DXR-də tərk edilmiş evdə qurulmuş minalanmış sursat anbarı dağıdılıb.


Baxış sayı: 63


Bölməyə aid digər xəbərlər