Bütün xəbərlər
İES-də baş verən yanğın zamanı xəsarət alanlardan biri xəstəxanada dünyasını dəyişib
Tarix: 14-03-2024 11:25 | Bölmə: Cəmiyyət

Tuva Respublikasının rəhbəri martın 6-da Şaqonarskda enerji obyektində baş vermiş partlayış və yanğın nəticəsində xəsarət alan İES-in mexanikinin öldüyünü açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Vladislav Xovalıq martın 14-də səhər saatlarında özünün teleqram kanalında fövqəladə vəziyyət nəticəsində ən ağır bədən xəsarətləri alan Şaqonar İES işçisinin həlak olması barədə məlumat verib. Partlayış və yanğından sonra qurban Krasnoyarsk diyarının yanıq mərkəzinə aparılıb. Həkimlər onun həyatı üçün son ana qədər mübarizə aparsalar da, yaralını xilas edə bilməyiblər.
Ölən şəxs qazanxana avadanlığının təmiri və texniki xidməti ilə məşğul olan mexanik olub. Onun həyat yoldaşı və iki övladı qalıb. Ailəyə milyon rubl veriləcək və cənazənin Krasnoyarskdan Şaqonarska aparılmasına köməklik göstəriləcək.
Şaqonarskda İES-də qəza martın 6-da səhər saatlarında baş verib. Partlayış və ondan sonra başlayan yanğın nəticəsində 23 nəfər xəsarət alıb, onlardan 6-sı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.


Baxış sayı: 66


Bölməyə aid digər xəbərlər