Bütün xəbərlər
“Yaquar” markalı avtomobil səkiyə çıxıb və piyadaları vurub
Tarix: 12-03-2024 12:44 | Bölmə: Cəmiyyət

Çərşənbə axşamı, martın 12-də səhər saatlarında Moskvanın şimalında xəsarətlərlə nəticələnən yol qəzası baş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Paytaxt Dövlət Yol Müfəttişliyinin əməkdaşları müəyyən ediblər ki, Verxnyaya Maslovka küçəsindəki 22 saylı evin ərazisində "Yaquar" markalı avtomobilin sürücüsü idarəetməni itirib.
Bundan sonra əcnəbi avtomobil səkiyə çıxıb, piyadaları vurub və qar yığınına ilişib.
Yol polisi iki nəfərin xəsarət aldığını və onlara tibbi yardım lazım olduğunu bildirib.
Hazırda polis qəzanın bütün hallarını və səbəblərini müəyyənləşdirir.


Baxış sayı: 58


Bölməyə aid digər xəbərlər