21:43 / 14-10-2026
Fotoqraf həbs edilib
21:26 / 14-10-2026
Zavodda yanğın baş verib
Bütün xəbərlər
Məktəbli ehtiyatsızlıqdan başqasının tüfəngi ilə anasını yaralayıb
Tarix: 11-03-2024 12:26 | Bölmə: Cəmiyyət

Kalininqrad vilayətində məktəbli uşaq muzeyin arxa otağında pnevmatik tüfəng tapıb və təsadüfən onunla anasını yaralayıb, bu barədə Daxili İşlər Nazirliyinin regional Baş İdarəsi məlumat yayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, polisin məlumatına görə, hadisə Quryevski rayonunun Nizovye kəndində baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları müxtəlif silah növlərinin eksponat kimi nümayiş olunduğu muzeyə səkkiz yaşlı uşağı olan qadının gəldiyini müəyyən ediblər. Baxımsız qalan uşaq arxa otağa keçib və orada muzey işçisinin fiqurlara atəş açdığı pnevmatik tüfəng tapıb. Uşaq silahı götürüb və təsadüfən anasının olduğu istiqamətə atəş açıb.
Qadın ovuc nahiyəsindən yara alıb və ona ambulator müalicə təyin edilib.
Hadisə ilə bağlı araşdırma aparılır və bütün hallar müəyyənləşdirilir.



Baxış sayı: 375


Bölməyə aid digər xəbərlər
Dünən, 21:43 Fotoqraf həbs edilib