Bütün xəbərlər
Uşaq bağçası və məktəb binası yanıb
Tarix: 07-03-2024 20:21 | Bölmə: Cəmiyyət

Cümə axşamı İrkutsk vilayətinin Nijneudinski rayonunun Kamenka kəndində güclü yanğın baş verib, Fövqəladə Hallar Nazirliyinin regional baş idarəsixəbər verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İdarədən verilən məlumata görə, ibtidai məktəb və uşaq bağçasının yerləşdiyi taxta konstruksiyalı birmərtəbəli bina yanıb.
Hazırda yanğın 600 kvadratmetrə yaxın ərazini əhatə edib, onun söndürülməsinə 20-dən çox idarə əməkdaşı cəlb olunub, onlara könüllülər köməklik göstərir, yerli administrasiyadan texnika cəlb olunub.
Məlumdur ki, fövqəladə hadisə nəticəsində xəsarət alan olmayıb, yanğının mümkün səbəbləri hələlik müəyyən edilməyib.


Baxış sayı: 59


Bölməyə aid digər xəbərlər