Bütün xəbərlər
Polis narkotik laboratoriyası aşkar edib
Tarix: 07-03-2024 20:07 | Bölmə: Cəmiyyət

Moskva polisi paytaxtın şərqində yaşayış binasında fəaliyyət göstərən narkotik laboratoriyasını ləğv edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hər şey hüquq-mühafizə orqanlarına İzmailovo rayonunda Sirenevy bulvarında evlərin birinin girişi yaxınlığında yatmış vəziyyətdə tapılan çılpaq qızla bağlı siqnal aldıqdan sonra başlayıb.
İlkin məlumata görə, vətəndaş narkotik sərxoşluğu vəziyyətində olub.
Hadisə şahidlərinin sözlərinə görə, yatmazdan əvvəl çılpaq bir gənc xanım çarşaba bükülmüş şəkildə həyətdə qaçırdı.
"Vətəndaş tibb müəssisəsinə aparılıb. Polis onun yaşayış yerini müəyyənləşdirib, orada əməliyyat-istintaq qrupu tərəfindən yoxlama aparılıb, yoxlama zamanı qadağan olunmuş maddələrin hazırlanması və saxlanması faktı aşkar edilib", - Baş İdarəsinin mətbuat xidmətindən bildirilib. Bu barədə Rusiyanın Moskva üzrə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları 50 qram marixuana, narkotik vasitələrin istehsalı üçün xüsusi avadanlıq, kimyəvi düsturların qeydləri olan dəftərlər və ümumi çəkisi dörd kiloqramdan çox olan prekursorlar aşkar ediblər.
Baş vermiş hadisə ilə bağlı narkotik vasitələrin qanunsuz istehsalı, satışı və ya ötürülməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin prekursorlarının qanunsuz əldə edilməsi, saxlanması və ya daşınması maddələri ilə iş başlanıb.


Baxış sayı: 57


Bölməyə aid digər xəbərlər