Bütün xəbərlər
Yelena Malışevanın anası yıxıldıqdan sonra xəstəxanaya yerləşdirilib
Tarix: 06-03-2024 16:58 | Bölmə: Cəmiyyət

Teleaparıcı və həkim Yelena Malışeva anasının xəstəxanadan çıxandan qısa müddət sonra yenidən xəstəxanaya yerləşdirildiyini bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, aparıcının sözlərinə görə, 90 yaşlı Qalina Morozova evdə yıxılaraq başı möhkəm dəydikdən sonra təcili yardım maşını ilə aparılıb. Sosial şəbəkələrdə Malışeva anasının yaşlı olduğunu, amma xoşbəxtlikdən heç bir sınıq olmadığını söyləyib.
Bundan əlavə, həkim, ailələrinin "xəstəxanalar ilə çıxılmaz vəziyyətə düşdüyündən" şikayətlənib.
Teleaparıcı bildirib ki, Qalina Morozovanın son aylar səhhətində ciddi problemlər yaranıb - beyni getdikcə zəifləyir. Qadın praktiki olaraq yerimir, lakin bu yaxınlarda öz başına oturmağa başladı.
"Mən anamda yaşayan məhəbbətə heyranam. Vətənə məhəbbət, insanlara məhəbbət, hər birimizə məhəbbət", - Malışeva paylaşımına təsirli şəkildə yazıb.
Bundan əvvəl məşhur plastik cərrah Timur Xaydarovun həyat yoldaşı hamiləliyinin altıncı ayında Moskva vilayətində xəstəxanaya yerləşdirilmişdi.


Baxış sayı: 71


Bölməyə aid digər xəbərlər