Bütün xəbərlər
Əlini blenderə qoyan uşağı mikrocərrahlar 10 saat əməliyyat edib
Tarix: 04-03-2024 21:37 | Bölmə: Cəmiyyət

Sankt-Peterburqdakı Pediatriya Universitetinin mikrocərrahları əli blenderə ilişən uşağı xilas etmək üçün əllərindən gələni ediblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ən mürəkkəb əməliyyat on saatdan çox davam etdi.
Qəza martın 3-də şəhərin Frunzenski rayonunda yerləşən yataqxanada baş verib. 10 yaşlı uşaq xəsarət alıb. O, sol bilək oynağının nahiyəsində kəsilmiş yara diaqnozu ilə Pediatriya Universitetinin Klinikasına aparılıb.
Qurumdan verilən məlumata görə, həkimlər əlin qan tədarükünü bərpa edib, zədələnmiş sinirləri və vətərləri tikiblər, həmçinin orta karpal oynağın subluksasiyasını təyin ediblər.
“RİA Novosti” yazır ki, həkimlər hələ ki, əlin funksiyalarının bərpası perspektivlərindən danışmırlar, lakin onun funksional vəziyyətini bərpa etmək üçün əllərindən gələni edirlər.


Baxış sayı: 55


Bölməyə aid digər xəbərlər