Bütün xəbərlər
Ərini bıçaqlayaraq öldürüb
Tarix: 29-02-2024 10:41 | Bölmə: Cəmiyyət

Krasnoyarskda yerli sakinin müttəhim olduğu qətllə bağlı cinayət işi açılıb - o, oğlunu təhqir edən ərini bıçaqlayaraq öldürüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin bölgə üzrə İstintaq Komitəsinə məlumat verilib.
İstintaqın məlumatına görə, fevralın 25-dən 26-na keçən gecə spirtli içki qəbulu zamanı 50 yaşlı qadınla onun 55 yaşlı əri arasında münaqişə yaranıb, həmin şəxs oğlunun ünvanına təhqiramiz fikirlər səsləndirib. Təqsirləndirilən şəxs kin saxlayaraq ərinin yuxuya getməsini gözləyib, bıçağı götürərək onun döş qəfəsindən iki bıçaq zərbəsi endirib. Kişi aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
O, qətli qayınanasına danışıb.
Qadın saxlanılaraq qətldə ittiham olunub. Məhkəmə istintaqın tələbi ilə onu həbsə göndərib.


Baxış sayı: 86


Bölməyə aid digər xəbərlər