Bütün xəbərlər
Mineral su içib, onun sirkə olduğu üzə çıxıb
Tarix: 12-02-2024 21:27 | Bölmə: Cəmiyyət

Şimali Osetiyanın rəhbəri Sergey Menyailo respublikada “Jermuk” mineral suyunun satışını dayandırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu addıma səbəb Vladiqafqaz sakinlərindən birinin sirkə ilə zəhərlənməsi olub. Kişi açılmamış təzə butulka su alıb ondan bir qurtum içdi, tərkibində mineral su əvəzinə sirkə olduğu üçün yemək borusu yanıq aldı.
Hadisənin baş vermə şəraitinin aydınlaşdırılmasına Şimali Osetiyanın Daxili İşlər Nazirliyi, Prokurorluğu və Rospotrebnadzor cəlb edilib. Artıq mineral suyun bir hissəsi satışdan çıxarılıb, sahibkarlara tədarükün dayandırılması tövsiyə olunub.



Baxış sayı: 137


Bölməyə aid digər xəbərlər