Bütün xəbərlər
Zibil maşını sürücüsü və yoldaşı bir ailəni yanğından xilas edib, üç yaşlı uşaq ölüb
Tarix: 10-02-2024 16:38 | Bölmə: Cəmiyyət

Şənbə günü səhər Sverdlovsk vilayətinin Boqdanoviç şəhər rayonunun İlyinski kəndində ölümlə nəticələnən fövqəladə hadisə baş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin məlumatına görə, Lenin küçəsində fərdi yaşayış binası yanıb.
Yanğın 40 kvadratmetrə yaxın ərazini əhatə edib, divarlar, tavanlar və əşyalar yanıb. Yanğın 13 nəfər tərəfindən 3 ədəd texnika vasitəsilə söndürülüb.
Daxili İşlər Nazirliyinin regional Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Valeri Qorelix bildirib ki, hadisə zamanı evdə 4 nəfər - iki uşaq, onların babası və dayısı olub. Azyaşlıların anası xəstəxanada olub.
Yoldan keçən zibil maşınının sürücüsü yanan evi görüb, partnyoru ilə birlikdə şok vəziyyətində bir uşağı və iki böyük şəxsi binadan çıxarıblar və onlar binada üç yaşlı uşağın qalması barədə xilasedicilərə məlumat veriblər.
Həmin vaxt yanğın səbəbindən artıq evə daxil olmaq, uşağı xilas etmək mümkün olmayıb.
Valeri Qorelixin qeyd etdiyi kimi, yanğın uşaq otağında olub və uşağın kibritlə oynamış olması versiyası hazırda yoxlanılır.
İstintaq Komitəsi faciənin baş vermə səbəblərini araşdırır, ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə cinayət işi açılıb.



Baxış sayı: 137


Bölməyə aid digər xəbərlər