Bütün xəbərlər
Moskvada qənnadı fabrikində yanğın baş verib
Tarix: 09-02-2024 20:47 | Bölmə: Cəmiyyət

Cümə günü, fevralın 9-u axşam saatlarında Moskvanın şərq hissəsində ciddi yanğın baş verib, paytaxt prokurorluğu məlumat yayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, məlum olduğu kimi, Amurskaya küçəsində inzibati bina yanıb, alov yüz kvadratmetrə yaxın ərazini əhatə edib.
İlkin məlumata görə, yanğın qənnadı fabrikinə məxsus binada baş verib.
Ölənlərin olub-olmaması barədə hələlik məlumat yoxdur, yanğının söndürülməsi davam edir, Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerində işləyir.



Baxış sayı: 131


Bölməyə aid digər xəbərlər