Bütün xəbərlər
Kazan sakini narkomaniya içində kiçik qızını beşinci mərtəbədən atıb
Tarix: 09-02-2024 19:57 | Bölmə: Cəmiyyət

Tatarıstanın paytaxtında kiçik qızını pəncərədən atan narkoman barəsində adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Tatarıstan Respublikası üzrə İstintaq İdarəsi cümə günü Kazanda fevralın 7-də baş vermiş hadisə ilə bağlı məlumat yayıb. İlkin məlumata görə, həmin gün 35 yaşlı yerli sakin narkotik vasitə qəbul edib. Kişi hallüsinasiya görməyə başlayanda arvadı qorxaraq iki həftəlik uşağını götürüb qonşuların yanına gedib.
Cütlük daha iki uşaq böyüdür, qadın da onları götürmək istəsə də, əri buna icazə verməyib. Uşaqlarla baş-başa qalan kişi bir anda naməlum səbəblərdən iki yaşlı qızını beşinci mərtəbənin pəncərəsindən atıb.
Körpə sağ qalıb, lakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya aparılıb.
Qızın atasına qarşı “Yetkinlik yaşına çatmayan uşağı öldürməyə cəhd” maddəsi ilə cinayət işi açılıb. Şübhəli şəxs həbs edilib, araşdırma aparılır.
Bundan əvvəl Kalininqrad vilayətinin sakininin mənzildə tapançadan atəş açaraq iki yaşlı qızını ağır yaraladığı barədə məlumat yayılmışdı.



Baxış sayı: 144


Bölməyə aid digər xəbərlər