Bütün xəbərlər
Sahibsiz itlər sürüsü uşağa hücum edib
Tarix: 09-02-2024 11:51 | Bölmə: Cəmiyyət

İrkutsk vilayətinin Ust-Kut şəhərində səkkiz yaşlı uşaq sahibsiz heyvanların hücumuna məruz qalıb, hadisə müşahidə kameraları tərəfindən lentə alınıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, kadrlarda uşağın sahibsiz it sürüsündən necə qaçmağa çalışdığı, lakin sonunda yıxıldığı görünür. Yanından keçən qadın lazımi anda vəziyyətə müdaxilə edərək, qətiyyətlə heyvanları qovub və məktəblini xilas edib.
İstintaq Komitəsinin regional qərargahı oğlanın xəsarət almadığını bildirib.

Hazırda hadisə ilə bağlı artıq ehtiyatsızlıq maddəsi ilə cinayət işi başlanıb, fövqəladə vəziyyətin bütün halları müəyyən edilir, administrasiya əməkdaşlarının dindirilməsi aparılır.
İstintaqın gedişi prokurorluq nəzarətinə götürülüb.




Baxış sayı: 143


Bölməyə aid digər xəbərlər