Bütün xəbərlər
İdmançının ölümündən sonra qətl işi açılıb
Tarix: 09-02-2024 11:31 | Bölmə: Cəmiyyət


Sankt-Peterburq Karate İdman Federasiyasının rəhbəri Vitali Konevin faciəli ölümünün səbəbləri İstintaq Komitəsi tərəfindən araşdırılır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Sankt-Peterburq Karate İdman Federasiyasının prezidenti, eyni zamanda atıcılıq üzrə məşqçi olan Vitali Konevin başından güllə yarası almış meyiti fevralın 7-də Vsevolojsk rayonunda Nevski poliqonunun yaxınlığında tapılıb. İdmançı başından aldığı güllədən dünyasını dəyişib.
İlkin məlumatlara görə, zərərçəkənə güllə dəyib. Daha sonra müayinə zamanı mərhumun başında "Kalaşnikov" avtomatının gülləsi tapılıb.
Rusiya Federasiyası İstintaq Komitəsinin Leninqrad vilayəti üzrə istintaq idarəsinin cümə günü verdiyi məlumata görə, faciəvi hadisə ilə bağlı “Qətl” maddəsi ilə cinayət işi açılıb. Hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır.
Vitali Konev 2013-cü ildən Sankt-Peterburq Karate Federasiyasına rəhbərlik edir və idman ustası tituluna malikdir. Bundan əlavə, o, praktiki atıcılıq üzrə beynəlxalq dərəcəli idman ustası və dünya çempionatının mükafatçısı olub.



Baxış sayı: 194


Bölməyə aid digər xəbərlər