Bütün xəbərlər
Məktəbli tullantı quyusunda boğularaq ölüb
Tarix: 09-09-2023 22:15 | Bölmə: Cəmiyyət


Saratov vilayətinin gənc sakini Perelub kəndində yaşayış binalarının yaxınlığındakı kanalizasiya çuxuruna düşərək ölüb, İstintaq Komitəsinin regional idarəsi bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, faciə sentyabrın 9-da günorta radələrində iki məktəblinin Sovetskaya küçəsindəki 81 saylı evin yaxınlığında oynadığı zaman baş verib. Prokurorluğun məlumatına görə, səkkiz yaşlı uşaq bir qədər açıq taxta döşəmənin üzərinə tullanmağa başlayıb və sonda tullantı ilə dolu beş metrlik çuxura düşüb. Onu çıxaranda ölmüşdü.
Faktla bağlı ehtiyatsızlıqdan insan ölümünə səbəb olma maddəsi ilə cinayət işi açılıb.


Baxış sayı: 97


Bölməyə aid digər xəbərlər