21:43 / 14-10-2026
Fotoqraf həbs edilib
21:26 / 14-10-2026
Zavodda yanğın baş verib
20:22 / 13-10-2026
Polis məmuruna atəş açıb
Bütün xəbərlər
25 metr hündürlükdən yıxılaraq sağ qalıblar
Tarix: 16-01-2023 23:46 | Bölmə: Cəmiyyət


İndoneziyanın Bali adasında Rusiyadan gələn turistləri daşıyan avtomobil təxminən 25 metr dərinliyi olan dərəyə düşüb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Qəzada ölən olmayıb.
Yerli mətbuatın məlumatına görə, ruslar Balinin paytaxtı Denpasardan Bulelenq kurortuna gedirmiş. Maşında iki qadın və iki kişi olub. Onlardan biri sürücülük edirdi.
Buleleng polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Gede Sumarjaya bildirib ki, avtomobilin əyləcləri sıradan çıxıb və sürücü dağ yolunda idarəetməni itirib. Onun qollarında və ayaqlarında göyərmə izləri var. Sərnişinlərin xəsarətləri daha ağırdır, lakin onların həyatı üçün təhlükə yoxdur, RİA Novosti yazır.



Baxış sayı: 386


Bölməyə aid digər xəbərlər
Dünən, 21:43 Fotoqraf həbs edilib