Suraxanıda şəhid doğum günündə anıldı - Fotolar
Tarix: 23-09-2022 23:46 | Bölmə: Cəmiyyət

Suraxanıda şəhid doğum günündə anıldı



Bu gün Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Quliyev Rəşad Rəşid oğlunun doğum günüdür.
“Qafqazinfo” xəbər verir ki, şəhidin doğum günü münasibətilə Fəxri xiyabanda məzarı və Zığ qəsəbəsində abidə kompleksi ziyarət edilib.
Mərasimdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri, şöbə müdirləri, idarə və müəssisə rəhbərləri , şəhidin doğmaları, sakinlər iştirak ediblər.
Şəhidlərimizə olan hörmət və ehtiramını bildirən RİH başçısı Əziz Əzizov ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə qayğısından bəhs edərək Rəşad Quliyevi boya-başa çatdıran Mətanət xanıma təsəlli verib, vətənimizə belə gərəkli övlad yetişdirdiyi üçün bir daha təşəkkür edib.
2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Cəbrayıl-Füzuli istiqamətlərində başlanan döyüşlərdə savaşan Rəşad Quliyev Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərərək 2020-ci il oktyabrın 7-də Cəbrayıl döyüşləri zamanı şəhidlik olub.











Baxış sayı: 45


Bölməyə aid digər xəbərlər