Bütün xəbərlər
Natiq Quliyev Suqovuşan döyüşləri zamanı şəhid olub-Yaxın qohumu onun haqqında danışır
Tarix: 10-10-2021 10:18 | Bölmə: Cəmiyyət


Sumqayıtda 44 günlük müharibədə şəhidlik zirvəsinə ucalmış Natiq Quliyevin ildönümü mərasimi keçirilib.
Tədbirdə ictimayyət nümayəndələri, ziyalılar, jurnalistlər iştirak ediblər. Sabaha-inamla.az şəhid barədə yaxın qohumu Ramil Əliyevin fikirlərini tamaşaçıların nəzərinə çatdırır:
                     
Natiq Ramiz oğlu Quliyev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.
Azərbaycan Ordusunun əsgəri olan Natiq Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Natiq Quliyev oktyabrın 6-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Natiq Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Namiq MƏMMƏDLİ
Sabaha-inamla.az




Baxış sayı: 716


Bölməyə aid digər xəbərlər