Bütün xəbərlər
Bakıda ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır - Fotolar
Tarix: 20-09-2021 14:54 | Bölmə: Cəmiyyət

                         Bakıda ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır


Binəqədi rayonu, Mirzə Məmmədxan küçəsi 74 ünvanında yerləşən "Oba" marketin qarşısında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.
Xidmətdən "Qafqazinfo"ya verilən məlumata görə, Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə 2 ağacın kəsildiyi, 3 ağacın isə düzgün budanmadığı müəyyən edilib.
“Hazırda ağacların kim tərəfindən kəsildiyini müəyyən etmək üçün hüquq-mühafizə orqanları ilə birgə araşdırma aparılır”.
Xidmət rəsmisi yaşıllıqlara qayğı ilə yanaşan, onların mühafizəsinə həssas münasibət göstərərək nazirliyə məlumat verən media və ictimaiyyət nümayəndələrinə göstərdikləri vətəndaşlıq mövqeyinə və sayıqlıqlarına görə təşəkkürünü bildirib.





Baxış sayı: 348


Bölməyə aid digər xəbərlər