Bütün xəbərlər
Karantini pozan restoran icarədarı və toy sahibi cərimələndilər - Foto
Tarix: 29-08-2021 19:21 | Bölmə: Cəmiyyət

                    Karantini pozan restoran icarədarı və toy sahibi cərimələndilər



Zaqatalada karantini pozan restoran icarədarı və toy sahibi cərimələniblər.
“Qafqazinfo” xəbər verir ki, yoxlamalar zamanı Əliabad qəsəbəsi ərazisində yerləşən “Göl üstü” restoranında mövcud qayda və tələblərin pozulduğu aşkarlanıb.
Obyektə baxış zamanı orada təşkil edilən toy mərasimi barədə məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi aşkarlanıb.
Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar restoranın icarədarı Fərman Qaraxanov və toy sahibi inzibati məsuliyyətə cəlb edilərək cərimələniblər.






Baxış sayı: 232


Bölməyə aid digər xəbərlər