Bütün xəbərlər
Moda evi işlədən qadınlar cərimələndi
Tarix: 13-01-2021 18:41 | Bölmə: Cəmiyyət

                 Moda evi işlədən qadınlar cərimələndi


Bakıda karantin qaydalarını pozaraq işləyən moda evi aşkar edilib.
“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, paytaxtın Nəsimi rayonu ərazisində karantin qaydalarını pozaraq fəaliyyət göstərən moda evi aşkarlanıb.
Belə ki, 28 may küçəsində yerləşən binada fəaliyyət göstərən moda evinin sahibi D.Bağırova və dərzi kimi işləyən S.Mərdəliyeva Polis Bölməsinə dəvət olunub. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilib.

             


Baxış sayı: 319


Bölməyə aid digər xəbərlər