Bu dairədən də 5 məntəqə ləğv edildi
Tarix: 18-02-2020 18:46 | Bölmə: Siyasət

                  Bu dairədən də 5 məntəqə ləğv edildi

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 79 saylı İmişli seçki dairəsindən daxil olmuş müraciətə baxılıb.
“Qafqazinfo” xəbər verir ki, məsələ barədə MSK üzvü Baxşeyiş Əsgərov məlumat verib. Həmin dairədən qeydə alınmış namizədlər Hüseynli İlqar, Əkbərli İltizam və Fərzəliyev Murad müraciətlərində əksər seçki məntəqələrində qanun pozuntularına yol verildiyini qeyd edib və həmin dairədə seçkinin nəticələrinin ləğv edilməsini istəyiblər. İki namizədin araşdırmada iştirakı təmin edilib.
İ. Hüseynli böyük əksəriyyət məntqələrdə seçki pozuntularının olduğunu qeyd edib və araşdırmaya bir ədəd videomaterial təqdim edib. Digər namizəd Fərzəliyev araşdırmaya çoxlu sayda videomaterial, protokollar təqdim edib. Araşdırma zamanı hər iki namizəd MSK-da olub. Hər videogörüntü üzrə qiymətləndirmə aparılıb. Məlum olub ki, 2 məntəqə üzrə seçki qanunvericiliyinin tələblərini pozulub. Bunlar 14 və 23 saylı məntəqələrdir. Həmçininn 16, 21, 25 saylı məntəqələrdə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular aşkar olunub.
Beləliklə, MSK qərara alıb ki, sözügedən 5 məntəqədə seçkilərin nəticəsi etibarsız hesab edilsin.
MSK sədri Məzahir Pənahov bildirib ki, proseslər başa çatandan sonra məsələlər araşdırılmağa davam edəcək: “ İstənilən halda komissiya günahkardır ki, bu hallar baş verib”.


Baxış sayı: 88


Bölməyə aid digər xəbərlər
19-03-2020, 20:06 Baş Nazir iclas keçirdi
10-03-2020, 11:39 Prezident Milli Məclisdə