Bütün xəbərlər
Deputatlığa namizəd, dünya miqyaslı kardiocərrah Rəşad Mahmudov seçicilərlə növbəti görüşünü keçirib
Tarix: 01-02-2020 01:13 | Bölmə: Siyasət
Məşhur kardiocərrahın Astara rayonunun Kijəbə qəsəbəsində seçiciləri ilə möhtəşəm görüşü olub.
Tədbirdə çıxış edən qəsəbə sakinləri, arzu və istəklərini dilə gətirməklə yanaşı, ümummilli lider Heydər Əliyevin dönəmindən bu günə qədər qəsəbədə görülən işlərə, vətəndaşlara göstərilənm qayğıya da diqqət çəkiblər. Qəsəbə sakinləri vurğulayıb ki, prezident İlham Əliyevin bütün ölkədə apardığı abadlıq və quruculuq işi özünü doğma qəsəbələrində də hiss etdirir və bu proses insanların yaşam şəraitini, gündəlik həyatlarını daha da asanlaşdırır.
Sosial şəbəkədəki hesabında bugünkü görüşdən bəhs edən Rəşad Mahmudov, vətəndaşlara öz təşəkkür və minnətdarlığını bildirib:
“Kijəbə qəsəbəsində seçicilərimlə izdihamlı görüşümüz oldu. Qəsəbə sakinləri Ulu Öndər Heydər Əliyevin qəsəbəyə 6 dəfə səfər edərək xüsusi diqqət göstərməsindən və cənab Prezidentimiz İlham Əliyevin də yüksək qayğısından qürurla söz açdılar. Bu seçkidə də ölkə başçısının yanında olmaqla, lideri olduğu YAP namizədini dəstəkləyəcəklərini birmənalı olaraq vurğuladılar.
TƏŞƏKKÜRLƏR KİJƏBƏ!!!”










Baxış sayı: 598


Bölməyə aid digər xəbərlər