Bütün xəbərlər
Hacı Qalibin oğlu da deputatlığa namizəd oldu
Tarix: 28-12-2019 13:57 | Bölmə: Siyasət

               Hacı Qalibin oğlu da deputatlığa namizəd oldu

Yeni Azərbaycan Partiyasının (YAP) 27 saylı Sabunçu ikinci seçki dairəsindən namizədi Əliabbas Salahzadə bütün Qafqazın Şeyxi Allahşükür Paşazadənin qudası Qalib Salahzadənin oğludur. 
Yenisabah.az xatırladır ki, Qalib Salahzadə IV çağırış Milli Məclisin deputatı olub. O, bir sıra qalmaqallı çıxışları ilə yadda qalıb. Qalib Salahzadə həm də 26 dəfə Həcc ziyarətində olduğunu bəyan etməklə sosial şəbəkələrdə rişxənd obyektinə çevrilib.
Bəzi məlumatlarda Əliabbas Salahzadənin Şeyxin kürəkəni olduğu iddia edilir.
Sabaha-inamla.Az isə bildirir ki, bu yanlış məlumat deyil. Həqiqətən də o, şeyxin kürəkənidir. 
40 yaşlı Salahzadə Əliabbas Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiridir.
Sabaha-inmala.Az
 



Baxış sayı: 559


Bölməyə aid digər xəbərlər