Bütün xəbərlər
İlham Əliyev türkmənistanlı həmkarını qarşıladı
Tarix: 11-03-2020 10:35 | Bölmə: Manşet

                  İlham Əliyev türkmənistanlı həmkarını qarşıladı

Azərbaycana rəsmi səfərə gələn Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun martın 11-də rəsmi qarşılanma mərasimi olub.
“Qafqazinfo” xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkmənistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovu qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Türkmənistan Prezidentinə raport verib.
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Türkmənistan Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.
Türkmənistanın və Azərbaycanın dövlət himnləri səslənib.
Azərbaycan nümayəndə heyətinin üzvləri Qurbanqulu Berdiməhəmmədova, Türkmənistan nümayəndə heyətinin üzvləri İlham Əliyevə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.


Baxış sayı: 520


Bölməyə aid digər xəbərlər