02:57 / 08-04-2020
Ronaldinyo həbsdən çıxdı
İlham Əliyev koronavirusdan danışdı
Tarix: 04-03-2020 00:43 | Bölmə: Manşet

                  İlham Əliyev koronavirusdan danışdı

"Azərbaycan ictimaiyyətini əmin etmək istəyirəm ki, Azərbaycan hökuməti bütün lazımi tədbirləri görür. Bu günə olan mənzərəyə görə, narahatlığa heç bir ciddi əsas yoxdur". 
"Qafqazinfo" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Goranboy Rayon Mərkəzi Xəstəxanasının kollektivi ilə görüşdə çıxışı zamanı bildirib.
Dövlət başçısı bildirib ki, koronavirus şübhəsi ilə karantində qalan vətəndaşların mütləq əksəriyyətində hələ ki, heç bir xəstəlik əlaməti aşkarlanmayıb:
"Əgər onların sağlamlığı normal olarsa, lazımi müddətdən sonra evlərinə buraxılacaqlar. Hesab edirəm ki, bu günə qədər bu məlumat kifayətdir. Eyni zamanda göstəriş verilib ki, bu məsələ ilə bilavasitə məşğul olan bütün səhiyyə orqanlarının nümayəndələri - Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta Agentliyi müntəzəm olaraq vətəndaşları məlumatlandırsınlar".


Baxış sayı: 75


Bölməyə aid digər xəbərlər