02:57 / 08-04-2020
Ronaldinyo həbsdən çıxdı
Bu faciə yaddaşımızdan silinməyəcək - Mehriban Əliyeva
Tarix: 26-02-2020 10:48 | Bölmə: Manşet

              



Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı paylaşım edib.
Axar.az xəbər verir ki, M.Əliyeva İnstaqram hesabında bunları yazıb:
"Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir və yaddaşlarımızdan heç vaxt silinməyəcəkdir. Bu hadisə xalqımızı sarsıtdı, amma iradə və əzmini sındırmadı, bizi bir millət kimi daha sıx birləşdirdi və bu yenilməz birliyimizlə biz haqqın və ədalətin təntənəsinə - Xocalı faciəsinin dünya miqyasında xalqımıza qarşı soyqırımı aktı kimi tanıdılmasına nail oluruq. Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm".


Baxış sayı: 86


Bölməyə aid digər xəbərlər